​Bakı Limanı BMT-nin Quru limanların işi üzrə işçi qrupunun ilk iclasında iştirak edib

​Bakı Limanı BMT-nin Quru limanların işi üzrə işçi qrupunun ilk iclasında iştirak edib Tədbirdə quru limanların inkişafına dair məsələlər və onlara investisiyaların cəlb olunması müzakirə edilib
İnfrastruktur
1 Dekabr , 2015 16:04
​Bakı Limanı BMT-nin Quru limanların işi üzrə işçi qrupunun ilk iclasında iştirak edib

Bakı. 1 dekabr. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev və İstismar Xidmətinin müdiri Yucin Si (Eugene Seah) Taylandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Quru Limanların işi üzrə işçi qrupunun ilk görüşündə iştirak edib.

Limandan "Report"a verilən məlumata görə, görüş çərçivəsində Quru Limanlar üzrə Hökümətlərarası Razılaşmanın həyata keçirilməsi statusu, quru limanların inkişafına dair məsələlər, o cümlədən quru limanlara investisiyaların cəlb edilməsi müzakirə edilib. İlkin olaraq nümayəndə heyətləri öz ölkələrində quru limanların inkişafı ilə bağlı atılan addımlar və strategiyalar, o cümlədən quru limanların beynəlxalq əhəmiyyətinin artırılması istiqamətində irəli sürdükləri təkliflər barədə məlumat veriblər.

Qeyd edək ki, görüşdə Azərbaycanla yanaşı, Banqladeş, Butan, Çin, Hindistan, İran, Yaponiya, Qazaxıstan, Monqolustan, Myanmar, Nepal, Pakistan, Filippin, Koreya, Rusiya, Şri-Lanka, Tacikistan, Tayland, Türkiyə, Özbəkistan və Vyetnam iştirak edib.

Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Bakı Limanı ilə yanaşı, Nəqliyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri də təmsil olunublar.

Xatırladaq ki, 18 mart 2015-ci il tarixlndə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yaradılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra illik yükaşırma qabiliyyətinin 25 mln. ton olması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi