Yuxarı

Bakı-İstanbul aviareysi təxirə salınıb

Reys Türk Hava Yollarına məxsusdur

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün saat 21:30-da reallaşmalı olan "Türk Hava Yolları"na (THY) məxsus Bakı-İstanbul aviareysi təxirə salınıb. 

Şirkətin baş ofisindən "Report"a verilən məlumata görə, reysin ləğvinin səbəbi təyyarədə yaranan texniki nasazlıqdır. 

Bilet alan sərnişinlərə bununla bağlı şirkət tərəfindən məlumat veriləcək, sərnişinlər ya növbəti reyslə göndəriləcək və ya şərtlər daxilində biletləri geri qaytarılacaq.

Qeyd edək ki, təxirə salınan reysin "Boeing-737" təyyarəsi ilə yerinə yetirilməsi planlaşdırılırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi