Bakı-İslamabad aviareysinin açılışı yenidən təxirə salınıb

Bakı-İslamabad aviareysinin açılışı yenidən təxirə salınıb Bunun əvəzinə "Türk Hava Yolları" İstanbul-İslamabad reyslərinin sayını artırır
İnfrastruktur
18 Sentyabr , 2015 11:56
Bakı-İslamabad aviareysinin açılışı yenidən təxirə salınıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Türk Hava Yolları" şirkətinin Bakı-İslamabad aviareysinin açılışı yenidən təxirə salınıb. "Report" xəbər verir ki, avqustun 12-də reallaşmalı olan ilk İstanbul-Bakı-İslamabad aviareysi qısa müddətə bir dəfə təxirə salınıb və uçuşlara sentyabrın ortalarında başlanacağı bildirilib.

Hazırda həftədə 4 dəfə reallaşdırılan İstanbul-İslamabad birbaşa aviareyslərinin sayı 5-ə çatdırılmalı idi, lakin son qərarla bu rəqəm 4-dən 7-yə çatdırıldığı üçün bu həftə başlanması planlaşdırılan Bakı-İslamabad aviareysinin açılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, avqustun 12-dən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarələr həftədə iki dəfə İstanbul-Bakı-İslamabad marşrutu üzrə aviareyslərə başlamağı planlaşdırırdı.

Son xəbərlər

Orphus sistemi