Bakı-Göygöl avtobus reysinin hərəkət qrafikinə dəyişiklik edilməsi təklif olunur

Bakı-Göygöl avtobus reysinin hərəkət qrafikinə dəyişiklik edilməsi təklif olunur Təklif nəqliyyat nazirinin Samuxda vətəndaşlarla keçirdiyi görüşdə irəli sürülüb
İnfrastruktur
24 İyun , 2016 13:38
Bakı-Göygöl avtobus reysinin hərəkət qrafikinə dəyişiklik edilməsi təklif olunur

Bakı. 24 iyun. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov bu gün Samux şəhərində Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib. Nazirlikdən "Report"a verilən məlumata görə, Z.Məmmədov görüşdə sakinlərin şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, Daşkəsən-Mingəçevir-Bakı müntəzəm avtobus marşrut xəttinin və Göygöl-Qazax-Qırmızı Körpü yeni marşrut xəttinin açılmasına köməklik göstərilməsi, eləcə də Bakı-Göygöl-Bakı marşrut xətti üzrə hərəkət qrafikində müəyyən dəyişikliklər edilməsi təklif olunub. Samux və Göygöl şəhərlərində müasir standartlara uyğun avtovağzal kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflər, vətəndaşların qaldırdığı məsələlərlə bağlı müraciətlərə baxılıb. 

Vətəndaşların digər müraciətləri ilə bağlı Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Son xəbərlər

Orphus sistemi