Yuxarı

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender keçirir

Müsabiqə yedəkçi gəmilərin təmiri üçün təşkil edilir

Bakı. 11 mart. REPORT.AZ/ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “Limançı” yedək gəmisi və "MNSM-73" neft çirkab suyu yığan gəmilərinin əsaslı təmirini, “N.Şirinov” yedəkçi gəmisinin tərsanə təmiri üçün açıq tender elan edib. 

Limandan "Report"a verilən məlumata görə, işlərin yerinə yetirilməsi müddəti 2 aydır. Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı kimi meyarlara üstünlük veriləcək.

İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank zəmanəti istisna olmaqla aprelin 20-də saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə aprelin 27-də saat 17:00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə təqdim etməlidir.

Tenderdə iştirak etmək istəyənlər 250 manat iştirak haqqı ödəməlidir. Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi,72 ünvandan almaq olar (əlaqələndirici şəxs: Amid Şirxan oğlu Əliyev; tel: (012) 498-91-84/599-00-03).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi