Bakı. 6 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi təyin edilib.
Bunu “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.
O bildirib ki, bu vəzifə Pərvin Məmmədovaya həvalə olunub.
Qeyd edək ki, P.Məmmədova bundan əvvəl DANX-nın əməkdaşı olub.