Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejmində çalışır

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejmində çalışır Hava şəraiti ilə əlaqədar BBAK tədbirlər görür
İnfrastruktur
1 Fevral , 2017 12:04
Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejmində çalışır

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) üçün sərnişinlərin bölgələrə çatdırılmasında çətinlik yaratmır. Bunu "Report"a BBAK-ın növbə rəisi Məhəmməd Abdullayev deyib.

"Ölkədə hava şəratinin kəskin dəyişməsi ilə əlaqədar əsasən yanvarın 25-dən etibarən gücləndirilmiş iş qrafikində çalışırıq. Hava şəraiti hər hansı bir avtobus reysini təxirə salmayıb. Amma əvvəlki günlərlə müqayisədə sərnişinlərin sayı çox deyil. BBAK təhlükəsizlik tədbirləri ilə əlaqədar son reyslərini saat 18:00-da reallaşdırır", - deyə M.Abdullayev qeyd edib.

M.Abdullayev təhlükəsizlik tədbirləri çərçivəsində avtobus sürücülərinin də təlimatlandırıldığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi