Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası tender keçirir

Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası tender keçirir Təklif zərfləri martın 16-da açıqlanacaq
İnfrastruktur
30 Yanvar , 2016 02:18
Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası tender keçirir

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası 2016-cı ilin l yarımilliyində müxtəlif markalı avtomobillərin ehtiyat hissələrinin, avtoşinlərin və akkumlyatorların satınalınması üçün tender elan edib.

“Report”un xəbərinə görə, tenderdə iştirak etmək istəyənlər iddiaçılar martın 3-dən gec olmayaraq təcili yardım avtobazasının tender komissiyasına müraciət etməlidir.

İddiaçıların tender təklifləri ikiqat zərfdə imzalanmış, möhürlənmiş şəkildə martın 15-dək tender komissiyasına təqdim olunmalıdır.

Təklif zərfləri martın 16-da açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi