Yuxarı
    Bağlamaq

    Bakı Avtovağzalı yaxınlığındakı yolda yaranmış çatlarda bərpa işləri aparılıb

    Çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranmışdı

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Ötən həftə intensiv yağışlardan sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub. 

    "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranmışdır.

    "Azəravtoyol"un mütəxəssisləri məlumatı alan kimi əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən torpağa su sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma yaranıb və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb" - yol təsərrüfatı orqanının məlumatında qeyd edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi