Bakı aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır

Bakı aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır Bakı. 18 sentyabr. REPORT.AZ/ Pilotsuz uçuş aparatlarının (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq, bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranıb.
İnfrastruktur
18 Sentyabr , 2018 17:41
Bakı aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Pilotsuz uçuş aparatlarının (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq, bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranıb. 

"Report" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu məqsədlə Çinin Quançjou şəhərindən “Abraham Technology Limited” Korporasiyasının direktoru Stanislav Koçkin və “Ehang Intelligent Equipment” şirkətinin vitse-prezidenti Kora Tanqın rəhbərlik etdiyi innovasiya layihələri və texnologiyaları sahəsində yüksək texnologiya şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti AZAl-ın, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və “Silk Way” şirkətlər qrupunun nümayəndələri ilə görüşüb. Qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsivə bu yaxınlarda “Skytrax” auditor şirkəti tərəfindən maksimum “5 Ulduz” reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) ilə tanış olub.

AZAL-ın prezidenti Cahangir Əsgərov ilə görüşdə əməkdaşlıq perspektivləri və Azərbaycanda mülki aviasiya sahəsində çinli mütəxəssislərin təcrübəsinin tətbiqi məsələsi müzakirə olunub. Qonaqlar qeyd edib ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılan imkanlar onlara böyük təəssürat bəxş edib.

Görüşdə qeyd olunub ki, Azərbaycan böyük turizm potensialına malikdir. AZAL Bakıdan Quançjouya yeni sərnişin reysinin açılmasını təklif edib. Çin aviadaşıyıcılarının Azərbaycana cəlb olunması isə çinli turistlərin ölkəmizə daha böyük marağına və işgüzar əlaqələrin inkişafına kömək edəcək.

Tərəflər həmçinin Azərbaycan və Çin arasında çoxillik tarixə malik yük aviadaşımaları sahəsində əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildirib.

Görüşdə mülki sahələrdə, xüsusilə kommersiya daşımaları, kartoqrafiya, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, mülki infrastrukturun monitorinqi və s. sahələrdə pilotsuz uçuş aparatları (dronlar) texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsində Çinin yüksək texnologiya şirkətlərinin iştirakı imkanları müzakirə olunub.

Səfərin yekunları üzrə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ilə “Abraham Technology Limited” və“Ehang Intelligent Equipment” şirkətləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb.

Planlaşdırılır ki, genişmiqyaslı innovasiya layihələrinə sərmaye yatırılması və kommersiyalaşdırılmasında ixtisaslaşan “Abraham Technology Limited” Korporasiyası intellektual aeronaviqasiya habı üçün yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılmasına və “intelektual aeronaviqasiya” sahəsində Azərbaycanın mövqeyinin irəlilədilməsinə cəlb olunacaq.

2014-cü ildə fəaliyyətə başlayan “Ehang Intelligent Equipment” şirkəti innovativ aviasiya avadanlıqlarının layihələşdirilməsi və istehsalı və sənayenin müxtəlif sahələrində tətbiq edilməsi üçün intellektual uçuş aparatlarının hazırlanmasında ixtisaslaşıb.

İmzalanmış memorandumun əsas məqsədi Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq dövlət orqanlarında qeydiyyat və sertifikatlaşdırma keçdikdən sonra mülki pilotsuz uçuş aparatlarının uçuşlarının idarə edilməsinin Vahid Mərkəzinin yaradılması sahəsində əməkdaşlıqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi