Yuxarı

"AzPatent" üçün yeni bina tikiləcək

İnzibati bina tikintisi mәqsәdilә konsepsiya vә dizayn işlәri ilә bağlı müsabiqә elan olunub

Bakı. 31 avqust. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin Sәnaye Mülkiyyәti Obyektlәrinin Ekspertizası Mәrkәzi (AzPatent) inzibati bina tikintisi mәqsәdilә konsepsiya vә dizayn işlәri ilә bağlı müsabiqә elan edib.

Komitədən "Report"a daxil olan xəbərə görə, Dövlәt Komitәsinin Sәnaye Mülkiyyәti Obyektlәrinin Ekspertizası Mәrkәzi (AzPatent) üçün inzibati binanın tikilmәsi planlaşdırılır. Binanın dizayn layihəsi intellektual fəaliyyət sahəsini özündə əks etdirən elementlərlə əhatə olunmalıdır.

Daha ətraflı məlumat almaq üçün (012) 594 37 75 nömrəli telefon və ya info@azpatent.az ünvanlı elektron poçtla “AzPatent”in rәhbәrliyinә müraciət etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi