Bakı küçələrində süni tramplinlər sökülür - VİDEO

Bakı küçələrində süni tramplinlər sökülür - VİDEO Küçələrdə yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr quraşdıranlar cərimələnəcəklər
İnfrastruktur
14 Oktyabr , 2015 15:58
Bakı küçələrində süni tramplinlər sökülür - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakının bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq quraşdırılan süni maneələrin (tramplin) sökülməsi işlərini aparır.

Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, təkcə sentyabr ayı ərzində Bakı şəhərinin 23 küçəsində süni maneələrin sökülməsi işləri aparılıb. Ümumilikdə, 60 tramplin sökülüb. İlkin olaraq yolun hərəkət hissəsinə süni maneə quraşdıranlara xəbərdarlıq edilib ki, bu cür suni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3 000 manatdan 4 000 manatadək miqdarında cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi