"Azəryolservis" ötən il sürücülərin dövlətə vurduğu ziyanı hesablayıb

"Azəryolservis" ötən il sürücülərin dövlətə vurduğu ziyanı hesablayıb Yol təsərrüfat orqanı bununla bağlı illik hesabatını açıqlayıb
İnfrastruktur
12 Fevral , 2016 16:38
Azəryolservis ötən il sürücülərin dövlətə vurduğu ziyanı hesablayıb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanda 2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5 769,4 paqonmetr təhlükəsizlik səddi, 2 ədəd işıq dirəyi, 1ədəd metal informatik lövhə və 8 ədəd yol nişanı yararsız hala düşüb və dövlət büdcəsinə ümumilikdə 552,1 min manat ziyan dəyib. Bu barədə "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda deyilir. 

Baş vermiş 257 yol-nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlər görülüb:

- 201 yol-nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub;

- 56 yol-nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub;

- 92 yol-nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması barədə BDYPİ-yə məktubla müraciət olunub.

Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə 4 005 inzibati xəta hadisəsi aşkar edilərək protokol tərtib edilib və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi