“Azəryolservis”ə Qobustanda avtomobil yolunun tikintisi üçün 700 min manat ayrılıb

“Azəryolservis”ə Qobustanda avtomobil yolunun tikintisi üçün 700 min manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
8 Fevral , 2016 18:33
“Azəryolservis”ə Qobustanda avtomobil yolunun tikintisi üçün 700 min manat ayrılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla on beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi