"Azəryolservis"də vətəndaş qəbulu keçirilib

"Azəryolservis"də vətəndaş qəbulu keçirilib Qəbulda 50-dən artıq vətəndaşın müraciəti dinlənilib
İnfrastruktur
29 Yanvar , 2016 17:39
Azəryolservisdə vətəndaş qəbulu keçirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov vətəndaşları qəbul edib. “Report” ASC-yə istinadən xəbər verir ki, qəbulda “Azəryolservis”in sədr müavinləri, aparat rəhbəri və müvafiq idarə və şöbələrinin rəisləri iştirak ediblər.

Qəbula yazılan 50-dən artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib. “Azəryolservis”in sədri S.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyəti struktur rəhbərlərinə göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində öz həllini tapıb, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, “Azəryolservis”də vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasən, cəmiyyətin sədri tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.

Son xəbərlər

Orphus sistemi