Yuxarı

​"Azəryolservis"də payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı hazırlanıb

Qurumda sutkalıq növbətçilik sistemi yaradılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yolları və yol qurğularının normal istismarı, hərəkətin fasiləsizliyi və təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər planı hazırlanıb.

Qurumdan "Report"a verilən məlumata görə, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yolları və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yolarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəryolservis”də sutkalıq növbətçilik yaradılıb.

Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədilə sabahdan etibarən (012) 599-79-75 nömrəli “Qaynar xətt” fəaliyyətə başlayır. “Qaynar xətt” 24 saat ərzində zəngləri qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi