“Azərsu”yun sədri Şamaxıda vətəndaşları qəbul edəcək

“Azərsu”yun sədri Şamaxıda vətəndaşları qəbul edəcək “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov aprelin 16-da, saat 11:00-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.
İnfrastruktur
10 Aprel , 2019 16:14
“Azərsu”yun sədri Şamaxıda vətəndaşları qəbul edəcək
0 : 00
0 : 00

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov aprelin 16-da, saat 11:00-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, qəbul Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarında yaşayan vətəndaşların içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Şamaxı, Ağsu, Qobustan və İsmayıllı sukanal sahələrinə, həmçinin “Azərsu”ya - (012) 431-47-67 (daxili 1050)  nömrəli telefonu və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi