"Azərsu" və "Azərenerji"nin vergi borcu yaranıb

"Azərsu" və "Azərenerji"nin vergi borcu yaranıb "Azərsu" ASC-nin bəzi qurumları borcun bir hissəsini artıq ödəyib
İnfrastruktur
27 Aprel , 2015 14:48
Azərsu və Azərenerjinin vergi borcu yaranıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi büdcə öhdəliklərini tam yerinə yetirməyən vergi ödəyicilərinin siyahısını dərc edib. "Report" xəbər verir ki, vergi borcu olanlar arasında "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC və "Azərsu" ASC-nin "Sutikinti" müəssisəsinin adı da var.

"Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Report"a verdiyi açıqlamada məlumatı təsdiq edib və borcların 70%-dən artıq hissəsinin ödənildiyini deyib: "Göyçay Su-kanal" TSC, "Gəncə Su-Kanal" TSC, "Ağdaş Su-Kanal" TSC və "Şəki Su-Kanal" TSC-nin də adı bu siyahıda olub. Həmin qurumlar borclarını artıq ödəyib. Adı vergi borcu olan müəssisələrin siyahısında olan "Sutikinti" artıq borcunun 70%-dən çoxunu ödəyib. "Birləşmiş Sukanal" MMC də borcunun əksər hissəsini ödəyib".

Vergilər Nazirliyinin yayımladığı siyahıda "Şimal Elektrik Stansiyasi" MMC və "Azərenerji" ASC-nin "Gəncə Regional Elektrik Şəbəkəsi" MMC-nin də adı qeyd edilib. Məlumata görə, "Gəncə Regional Elektrik Şəbəkəsi" MMC-nin bir hissəsi "Azərişıq" MMC-yə verilib.

Son xəbərlər

Orphus sistemi