Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan
"Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Report"a verdiyi açıqlamada məlumatı təsdiq edib və borcların 70%-dən artıq hissəsinin ödənildiyini deyib: "Göyçay Su-kanal" TSC, "Gəncə Su-Kanal" TSC, "Ağdaş Su-Kanal" TSC və "Şəki Su-Kanal" TSC-nin də adı bu siyahıda olub. Həmin qurumlar borclarını artıq ödəyib. Adı vergi borcu olan müəssisələrin siyahısında olan "Sutikinti" artıq borcunun 70%-dən çoxunu ödəyib. "Birləşmiş Sukanal" MMC də borcunun əksər hissəsini ödəyib".
Vergilər Nazirliyinin yayımladığı siyahıda "Şimal Elektrik Stansiyasi" MMC və "Azərenerji" ASC-nin "Gəncə Regional Elektrik Şəbəkəsi" MMC-nin də adı qeyd edilib. Məlumata görə, "Gəncə Regional Elektrik Şəbəkəsi" MMC-nin bir hissəsi "Azərişıq" MMC-yə verilib.