"Azərsu" tender keçirir

"Azərsu" tender keçirir Müsabiqə təsərrüfatda istifadə üçün zəruri avadanlıqların alınması məqsədilə təşkil olunub
İnfrastruktur
20 Aprel , 2016 14:13
Azərsu tender keçirir

Bakı. 20 aprel. REPORT.AZ/ “Azərsu” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsi (İTKİ) açıq tender elan edib. "Report" xəbər verir ki, tender iki lot üzrə keçirilir. 

Birinci lot çərçivəsində sönməmiş əhəngin, ikinci lot üzrə isə mobil printer və "F 6 İP 68" markalı mobil telefonların satın alınması nəzərdə tutulub.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər İstehsalat Texniki Komplektləşdirmə İdarəsinə mayın 10-dən gec olmamaq şərti ilə zəruri sənədləri təqdim etməlidir. Tender təklifi isə mayın 17-də saat 18.00-dan gec olmamaq şərti ilə təqdim olunmalıdır.

Şirkət həmçinin, uyğun polipropilen boru və polipropilen fitinqlərin (polipropilen olmayan hissələr - latun MS-58) alınması məqsədilə kotirovka sorğusu elan edib. Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər təklifini aprelin 27-dək İdarəyə təqdim etməlidir. 

Son xəbərlər

Orphus sistemi