Bakı. 20 fevral. REPORT.AZ/ “Azərsu” ASC kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Ağsu, Göyçay, Qobustan, Şamaxı və İsmayıllı rayon sukanal idarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edib.
“Report” “Azərsu”ya istinadən xəbər verir ki, kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru vəzifə və peşələri üzrə şəxslər daxil ediləcək.
Qeyd edək ki, müraciət etmək istəyənlər şəxsi məlumatlarını (CV) müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə martın 3-dək [email protected] ünvanına göndərə bilərlər.