“Azərsu” ASC-nin icra etdiyi növbəti layihə çərçivəsində Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun verilməsinə başlanılıb.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumatda həmçinin deyilir ki, Şirvan bölgəsində yerləşən Qobustan rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Xüsusilə rayonun adları çəkilən kəndlərinin sakinəri uzun illər su çatışmazlığından əziyyət çəkib.
Prezident
Lakin suyun daşınmasında yaranan çətinliklər layihənin genişləndirilməsinə zərurət yaradıb. Bu baxımdan növbəti mərhələdə bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına qərar verilib. Bu məqsədlə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkəsi inşa edilib. Yeni yaradılan şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Kəndlərdə su təchizatının dayanıqlığını təmin etmək məqsədilə hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarının inşası başa çatdırılıb. Bununla da Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini dayanlıqlı içməli su ilə təmin olunub.
Hazırda rayonun Sündü kəndində içməli su layihəsi icra olunur. Bu layihə çərçivəsində kənddə mərkəzləşdirilmiş içməli su təchizatı şəbəkəsi yaradılır.