"Azərsu" nəqliyyat vasitələri üçün ehtiyat hissələri və texniki yağlar almaq istəyir

"Azərsu" nəqliyyat vasitələri üçün ehtiyat hissələri və texniki yağlar almaq istəyir Qurum bu məqsədlə açıq tender elan edib
İnfrastruktur
16 May , 2017 10:18
Azərsu nəqliyyat vasitələri üçün ehtiyat hissələri və texniki yağlar almaq istəyir
Report.az

Bakı. 16 may. REPORT.AZ/ “Azərsu” ASC Nəqliyyat və xüsusi texnika İdarəsinin balansında olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması məqsədilə ehtiyat hissələri və texniki yağların satın alınması üçün açıq tender elan edib.

“Report” Tender Komissiyasına istinadən xəbər verir ki, tender 5 lot - avtoşinlər (lot-1), akkumulyator batareyaları (lot-2), əyləc qəlibləri (lot-3), süzgəclər (lot-4) və yağların (lot-5) satın alınması üzrə keçirilir. İştirak haqqı lot-1, lot-4 və lot-5 üzrə 300 manat, lot-2 və lot–3 üzrə isə 200 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 5-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə iyunun 12-nə qədər “Azərsu”nun Satınalmaların təşkili və idarə olunması Departamentinə (Bakı şəhəri, Yasamal rayonu, Moksva prospekti,67) təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Murad Abışev və İntiqam Novruzovdur (tel.: (012) 431 47 67, daxili 1087, 2248).

Təkliflərə iyunun 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi