Yuxarı
    Bağlamaq

    "Azərsu" avadanlıq və materialların alınması üçün tender keçirir

    Tender iştirakçıları təkliflərini yanvarın 24-dək təqdim etməlidir

    Bakı. 23 dekabr. REPORT.AZ/ “Azərsu” ASC mexaniki avadanlıqların və materialların satın alınması məqsədilə açıq tender elan edib.

    “Report” xəbər verir ki, təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyətinə üstünlük veriləcək.

    Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqı ödəməlidirlər.

    Tender iştirakçıları tələb olunan sənədləri “Azərsu”ya (Bakı, Moskva prospekti,67) gələn il yanvarın 17-si saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər.

    İddiaçı tender təkliflərini (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır) yanvarın 24-ü saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir.

    Təklif zərfləri ASC-nin binasında yanvarın 25-i saat 15:00-da açılacaq.

    Eyni zamanda “Azərsu” elektrik avadanlıqların və materialların satın alınması üçün açıq tender keçirir.

    Tenderdə iştirak etmək üçün 200 manat iştirak haqqı ödənilməlidir.

    İştirakçılar sənədləri ASC-yə yanvarın 18-i saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. İddiaçı tender təklifini (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır) yanvarın 26-ı saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir.

    Təklif zərfləri “Azərsu”nun binasında yanvarın 27-i saat 15:00-da açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi