"Azərsu" kotirovka və təkliflər sorğusu elan edib

"Azərsu" kotirovka və təkliflər sorğusu elan edib İddiaçılar təkliflərini martın 9-u və martın 7-dək təqdim etməlidir
İnfrastruktur
6 Mart , 2017 10:46
Azərsu kotirovka və təkliflər sorğusu elan edib

Bakı. 6 mart. REPORT.AZ/ “Azərsu” ASC yuyucu və təmizləyici vasitələrin satın alınması məqsədilə kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar təkliflərini martın 9-u saat 15:00-dan gec olmamaq şərti ilə Şirkətə (Bakı şəhəri, Moskva prospekti,67) təqdim etməlidir.

Kotirovka təklifləri martın 9-da saat 16:00-da qeyd edilən ünvanda açılacaq.

Eyni zamanda, “Azərsu” Zərdab rayonu ərazisində əkilməsi nəzərdə tutulan yeni torpaq sahələrinin, Padar Çöl qışlaq sahəsinin suvarma suyu ilə təmin edilməsindən ötrü yenidənqurma və tikinti işlərinin aparılması üçün müxtəlif diametrli tikinti armaturlarının alınması üçün təkliflər sorğusu elan edib.

İddiaçılar təklifləri martın 7-si saat 12:00-dək ASC-yə təqdim etməlidir. Təkliflər martın 7-si saat 15:00-da “Azərsu”da açılacaq.

Son xəbərlər

Orphus sistemi