"Azərsu" kollektorlarda və qurğularda monitorinqlər aparır

"Azərsu" kollektorlarda və qurğularda monitorinqlər aparır Payız-qış mövsümündə intensiv yağıntılar olduğu üçün ASC-nin kanalizasiya infrastrukturunda profilaktik işlər görülür
İnfrastruktur
7 Noyabr , 2016 20:29
Azərsu kollektorlarda və qurğularda monitorinqlər aparır

Bakı. 7 noyabr. REPORT.AZ/ “Azərsu” ASC Bakı şəhəri, Abşeron yarımadası və regionlarda tullantı sularının optimal idarə olunması məqsədilə kompleks tədbirlər həyata keçirir.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün “Azərsu”nun xidmət bölmələri şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparır.

İntensiv yağıntıların müşahidə olunduğu oktyabr ayı ərzində 80 km kanalizasiya xətləri yuyulub, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar çöküntü və lillərdən təmizlənib. Bu ilin 9 ayı ərzində ASC-nin xidmət bölmələri tərəfindən 560 km kanalizasiya xətləri, 16 minə qədər yağış və kanalizasiya quyuları, barmaqlıqlar lil və çöküntülərdən təmizlənib, mövcud sistemlər üzərində təmir-bərpa işləri aparılıb. Təmizlənən xətlərin 415 km-i Abşeron yarımadasının 145 km-i isə regionların payına düşür.

“Azərsu” kanalizasiya xətlərinin təmizlənməsində yeni texnologiyalardan istifadə edir. Məsafədən idarə olunan xüsusi robotlar vasitəsi ilə kanalizasiya xətlərinin vəziyyəti öyrənilir, tutulmaların baş verdiyi yerlər müəyyən edilir. Bundan sonra həmin hissələr yüksək təzyiqlə su vuran maşınlarla təmizlənir. Ötən dövrdə 176 km uzunluğunda kanalizasiya xətləri bu maşınlarla təmizlənib.

Payız-qış mövsümündə intensiv yağıntılar olduğu üçün ASC-nin xidmət bölmələri kanalizasiya infrastrukturunda profilaktik işləri davam etdirir. Bakıda bu işlər əsasən gecə saatlarında, nəqliyyatın intensiv olmadığı vaxtlarda həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi