"Azərsu"da KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib

"Azərsu"da KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib Olaf Zumelka: "Bank Azərbaycanda içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasında maraqlıdır"
İnfrastruktur
14 Mart , 2017 13:20
Azərsuda KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 14 mart. REPORT.AZ/ “Azərsu” ASC-də Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərsu”nun ictiamiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, ASC sədri Qorxmaz Hüseynov KfW Bankının Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladıb. 

O, Bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib: "Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində hazırda Şəki və Gəncə şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilir".

KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Olaf Zumelka təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu qeyd edib. Şəki şəhərində həyata keçirilən işlərdən razılığını bildirən nümayəndə heyətinin rəhbəri Gəncə şəhərində növbəti mərhələ üzrə tikinti işlərinin başlanılması üzrə iş qrafikinin hazırlandığını diqqətə çatdırıb.

Eyni zamanda görüşdə Gəncə və Şəki şəhərləri üçün tullantı sutəmizləyci qurğuların layihəsinin hazırlanması istiqamətində də müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi