Yuxarı

“Azərsu” Bakının Binəqədi rayonunda yeni layihələrin icrasına başlayıb - VİDEOREPORTAJ

Bakı. 11 fevral. REPORT.AZ/ “Azərsu” ASC Tədbirlər Planına uyğun olaraq, Bakının Binəqədi rayonunda yeni layihənin icrasına başlayıb. 

Bununla bağlı "Report"a açıqlama verən qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, hazırda rayonun Binəqədi qəsəbəsinin Fəxrəddin Qurbanov küçəsində və Xocasən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır. 

“F.Qurbanov küçəsində icra olunan layihə çərçivəsində küçə boyu 110 mm diametrli borularla yeni 3 km su xətti çəkilir. Layihəyə əsasən, yeni xətdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Yeni çəkilmiş su xətti hər iki tərəfdən 450 mm və 630 mm diametrli magistral xətlərə qoşulacaq. Xocasən qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində və ATS yolu adlanan ərazidə icra olunan layihə çərçivəsində burada 280-100 mm diametrli borularla 5 km uzunluğunda su xətləri çəkiləcək”, - deyə o qeyd edib. 

Bundan başqa, "Azərsu" rəsmisinin sözlərinə görə, Binəqədi qəsəbəsinin I Mədən küçəsindən (DSK yolu) keçən açıq kanalizasiya xətti də örtülü kollektorla əvəzlənir: "Təxminən, 300 metr məsafədə 1 000 mm diametrli metal borularla daşıyıcı kollektor tikilir. Layihə çərçivəsində kanalizasiya quyularının da insaşı nəzərdə tutulub”. 

Video: Rəşad Tuncay

Foto: Elçin Murad

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi