"Azərsu" asfalt örtüyünün alınması üçün tender keçirir

"Azərsu" asfalt örtüyünün alınması üçün tender keçirir İddiaçılar tender təklifini aprelin 13-dək təqdim etməlidirlər
İnfrastruktur
22 Fevral , 2017 09:26
Azərsu asfalt örtüyünün alınması üçün tender keçirir

Bakı. 22 fevral. REPORT.AZ/ “Azərsu” ASC asfalt örtüyünün alınması məqsədilə açıq tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyətinə üstünlük veriləcək.

İddiaçılar tenderdə iştirak etmək üçün 200 manat məbləğində iştirak haqqı ödəməlidirlər.

İştirakçılar tələb olunan sənədləri “Azərsu”ya (Bakı, Moskva prospekti,67) aprelin 5-i saat 18:00-dan gec olmamaq şərtilə, tender təklifini isə aprelin 13-ü saat 18:00-dək təqdim etməlidirlər.

Təklif zərfləri aprelin 14-də saat 15:00-da ASC-də açılacaq.

Son xəbərlər

Orphus sistemi