“Azərsu” ASC-nin sədri Qubada sakinləri qəbul edib

“Azərsu” ASC-nin sədri Qubada sakinləri qəbul edib “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iyunun 14-də Qubada Quba və Qusar rayonlarından olan sakinləri qəbul edib.
İnfrastruktur
14 İyun , 2019 18:22
“Azərsu” ASC-nin sədri Qubada sakinləri qəbul edib

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iyunun 14-də Qubada Quba və Qusar rayonlarından olan sakinləri qəbul edib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Quba Sukanal Sahəsinin inzibati binasında keçirilən qəbulda Quba və Qusar rayonlarından olan 40 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər, əsasən, içməli su təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi