"Azərsu" ASC-nin idarə rəisi işdən çıxarılıb

"Azərsu" ASC-nin idarə rəisi işdən çıxarılıb İdarə rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini Şəmil Əliyev icra edir
İnfrastruktur
16 Mart , 2016 09:53
Azərsu ASC-nin idarə rəisi işdən çıxarılıb

Bakı. 16 mart. REPORT.AZ/ "Azərsu" ASC-nin Bərdə Sukanal idarəsinin rəisi işdən çıxarılıb. "Report" xəbər verir ki, idarə rəisi Vilayət Zamanov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
 "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı isə "Report"a bildirib ki, "Bərdə Sukanal idarəsinin rəisi Vilayət Zamanov bu il martın 10-da öz ərizəsi ilə işdən çıxıb: "İdarəyə hələ ki, yeni rəis təyinatı olmayıb. İdarə rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini Şəmil Əliyev icra edir".

Son xəbərlər

Orphus sistemi