Azərbaycanlıların Türkiyənin daşınmaz əmlak bazarına marağı sabit qalıb

Azərbaycanlıların Türkiyənin daşınmaz əmlak bazarına marağı sabit qalıb Türkiyədə ən çox ev alan əcnəbilər Səudiyyə Ərəbistanı, Küveyt və Əfqanıstan vətəndaşlarıdır
İnfrastruktur
24 Fevral , 2017 13:17
Azərbaycanlıların Türkiyənin daşınmaz əmlak bazarına marağı sabit qalıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Türkiyədə ən çox ev alan əcnəbilərin siyahısında 10-cu yeri tutub. Cari ilin yanvar ayında azərbaycanlılar Türkiyədə 54 ev alıblar ki, bu da 2016-cı ilin yanvar ayı ilə müqayisədə eyni göstəricidir.

"Report" bu barədə Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir.

Əcnəbilərə cari ilin ilk ayında ev satışı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 76 ədəd və ya 5,2% azalaraq 1 398 ədəd təşkil edib. Yanvar ayında İraq vətəndaşları 279 ev almaqla ev alan əcnəbi vətəndaşlar arasında yenə də birinci yeri tutub. Daha sonra Səudiyyə Ərəbistanı (144), Küveyt (115), Əfqanıstan (107), Rusiya (60) və Azərbaycan (54) sıralanıb. Hesabata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Rusiya vətəndaşlarının ev alışı 46 ədəd və ya 43,4% azalıb.

Son xəbərlər

Orphus sistemi