Azərbaycanın nəqliyyat sektorunda noyabrda sərnişindaşıma tarifləri 0,7% ucuzlaşıb

Azərbaycanın nəqliyyat sektorunda noyabrda sərnişindaşıma tarifləri 0,7% ucuzlaşıb Hesabat ayında yükdaşıma tarifləri 0,1% azalıb
İnfrastruktur
4 Dekabr , 2014 11:35
Azərbaycanın nəqliyyat sektorunda noyabrda sərnişindaşıma tarifləri 0,7% ucuzlaşıb
Bakı. 4 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1%, sərnişindaşıma tarifləri isə 0,7% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,8%, digər xarici ölkələr üzrə isə 1,8% ucuzlaşma müşahidə olunub.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,1% bahalaşıb.

Noyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% ucuzlaşıb.

Hesabat ayı ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi