Azərbaycanın nəqliyyat sektorunda iyulda yükdaşıma tarifləri 2% düşüb

Azərbaycanın nəqliyyat sektorunda iyulda yükdaşıma tarifləri 2% düşüb Həmçinin sərnişindaşıma tarifləri üzrə 1,5% azalma qeydə alınıb
İnfrastruktur
5 Avqust , 2015 20:42
Azərbaycanın nəqliyyat sektorunda iyulda yükdaşıma tarifləri 2% düşüb

Bakı. 5 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2%, sərnişindaşıma tarifləri isə 1,5% ucuzlaşıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3%, digər xarici ölkələr üzrə 4,8% ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2% enib, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1% artıb, sərnişindaşıma tarifləri isə dəyişməyib.

İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2% ucuzlaşıb, qazın nəql olunma tarifi isə 0,1% bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi