Azərbaycanın iştirakçısı olduğu Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına başlanılıb

Azərbaycanın iştirakçısı olduğu Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına başlanılıb Bakı. 13 dekabr. REPORT.AZ/ Əfqanıstanda Lapiz-Lazuli beynəlxalq ticarət dəhlizinin açılışı olub.
İnfrastruktur
13 Dekabr , 2018 17:39
Azərbaycanın iştirakçısı olduğu Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına başlanılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Əfqanıstanda Lapiz-Lazuli beynəlxalq ticarət dəhlizinin açılışı olub. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu dəhliz Mərkəzi Asiya və Avropa arasında birbaşa əlaqəni təmin edəcək.

Açılış mərasimində iştirak edən Əfqanıstan Prezidenti bildirib ki, ötən 17 il ərzində ölkəsi dünyadan təcrid edilsə də, istifadəyə verilən dəhliz hesabına qonşuları ilə problemsiz bağlantıya malik olacaq. 

Qeyd edək ki, Lapiz-Lazuli marşrutu ilə toxuculuq mallarından və quru meyvələrdən ibarət yük maşınları Əfqanıstandan Türkmənistana, ordan isə Azərbaycan, Gürcüstan və Türkiyəyə, hətta Avropa ölkələrinə hərəkət edə bilir. 

Son xəbərlər

Orphus sistemi