Azərbaycanın ilk rəsmi naviqasiya sistemindən 220 mindən çox yükləmə olub

Azərbaycanın ilk rəsmi naviqasiya sistemindən 220 mindən çox yükləmə olub Bakı. 8 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) müasir texnologiyaların tətbiqi ilə hazırladığı və bu ilin əvvəlindən istifadəyə verdiyi “AzNav” - ölkənin ilk rəsmi Naviqasiya Sistemindən indiyə qədər 220 mindən çox istifadəçi yükləmə edib.
İnfrastruktur
8 Dekabr , 2017 15:27
Azərbaycanın ilk rəsmi naviqasiya sistemindən 220 mindən çox yükləmə olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) müasir texnologiyaların tətbiqi ilə hazırladığı və bu ilin əvvəlindən istifadəyə verdiyi “AzNav” - ölkənin ilk rəsmi Naviqasiya Sistemindən indiyə qədər 220 mindən çox istifadəçi yükləmə edib.

“Report” xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, GPS naviqasiya sistemi Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. Ondan istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür.

Naviqasiya sistemi bütün ölkə ərazisini əhatə etməklə paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanına malikdir. "AzNav" həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər və digər fəaliyyətlərdə son dərəcə faydalıdır.

Bu sistem həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Sistem "Android", iOS (Apple), "Windows CE" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, həmçinin telefon və planşetlərdə işləyir.

“AzNav” hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759 min 227 bina və tikili, 77 min 972 maraq nöqtəsi POI (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.

Son xəbərlər

Orphus sistemi