Özbəkistanın paytaxtı Daşkənddə “BREAKBULK CASPIAN 2019” adlı konfrans keçirilib.
"Report" bu barədə "
Məlumata görə, 2 gün davam edən konfransda əsasən Özbəkistan və Mərkəzi Asiya ölkələrinin və onların xarici tərəfdaşlarının, iri yük sahibləri, aparıcı nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri, idxal, ixrac və tranzit yüklərinin nəqli perspektivləri, həmin yüklərin axın istiqamətləri, dəmir yolu ilə onların effektiv daşınması yolları və digər aktual məsələləri müzakirə ediblər.
Tədbirdə iştirak edən “ADY Express”in nümayəndələri həmin növ yüklərin, Özbəkistan və Mərkəzi Asiya ölkələrindən şərq-qərb istiqamətində nəqli məsələlərini təqdim ediblər. Azərbaycan Dəmir Yollarının, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti kimi iri infrastruktur layihələrinin imkanlarını konfrans iştirakçılarının diqqətinə çatdıran, şirkət nümayəndələri, Qərb istiqamətində bu növ yüklərin daşınmasında, Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının üstünlüklərini nümayiş etdiriblər, Azərbaycanın dəmir yolu daşımalarında tranzit imkanları haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Bildirilib ki, BTQ dəmir yolu xətti və digər mühüm infrastruktur layihələrinin imkanları Azərbaycanın tranzit potensialını artırır, ölkə ərazisindən keçən dəmir yolu marşrutları daha tez və əlverişli şərtlərlə yüklərin ünvana çatdırılmasına imkan yaradır.
Yüklərin həm Türkiyəyə, həm də Türkiyənin Aralıq dənizindəki limanları vasitəsi ilə digər ölkələrə daşınmasının həll variantlarını təklif edən "ADY Express" iri yük sahiblərinə, yeni loqistik məhsul nümayiş etdirib.
Konfrans çərçivəsində Özbəkistan və Mərkəzi Asiya regionunun digər ölkələrinin, eləcə də Türkiyə, Rusiya və Avropanın iri yük sahibləri ilə ikitərəfli görüşlər keçirən şirkət nümayəndələr gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər.