Bakı. 28 sentyabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Daşkəsən, Şabran və Tərtər şəhərlərinin baş planlarının hazırlanması işlərinin satın alınması məqsədilə elan etdiyi açıq tender baş tutumayıb.
"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender iyunun 22-də 3 lot üzrə elan edilmişdir.
Tenderin baş tutmama səbəblərindən biri kimi tender təklifinin formal tələblərə uyğun gəlməməsi göstərilib.