Azərbaycanın 103 kəndində su təchizatı sistemi qurulacaq

Azərbaycanın 103 kəndində su təchizatı sistemi qurulacaq “Azərsu” bu məqsədlə açıq tender elan edib
İnfrastruktur
20 May , 2017 12:38
Azərbaycanın 103 kəndində su təchizatı sistemi qurulacaq

Bakı. 20 may. REPORT.AZ/ “Azərsu” ASC ölkənin 11 rayonunun 103 kəndində su təchizatı sisteminin qurulması işlərinin satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 23-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə iyulun 6-na qədər “Azərsu”nun Satınalmaların təşkili və idarə olunması Departamentinə (Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs İlqar Tağıyevdir. Telefon: (012) 431-47-67/87 (daxili:1033).

Təkliflərə iyulun 7-də, saat 15:30-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi