Yuxarı

Azərbaycandan keçən Ukrayna-Çin konteyner qatarı ünvana çatıb

Sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınıb

Bakı. 1 fevral. REPORT.AZ/ Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidləri və quru yolu əhatə edən sınaq konteyner qatarı yanvarın 31-də Çin sərhədinə çatıb. "Report"un xəbərinə görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd edək ki, sınaq konteyner qatarı yanvarın 22-də Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Bərə Terminalına çatmışdır.

Xatırladaq ki, 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət olan sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınıb. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də çatıb. Azərbaycandan sonra qatar Qazaxıstan-Çin marşrutu ilə yola düşüb.

Yüklə doldurulmuş qatar daha sonra Çin tərəfdən geriyə hərəkət edərək Azərbaycana qayıdacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi