Yuxarı

Azərbaycandan İrana 20 min dollardan artıq pul keçirmək istəyən şəxs saxlanıb - FOTO

Həmin şəxs Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda tutulub

Bakı. 18 iyul. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycandan İrana yüksüz gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, yoxlama zamanı avtomobilin kabinindən, sürücü oturacağının üst istiqamətində kabinin tavanına bitişik olan, zavod konstruksiyasında əşyaların saxlancı üçün nəzərdə tutulmuş qutunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan 20 500 ABŞ dolları aşkar edilərək götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi