Azərbaycanda yüklərin 64%-i, sərnişinlərin isə 87%-i avtomobillə daşınır

Azərbaycanda yüklərin 64%-i, sərnişinlərin isə 87%-i avtomobillə daşınır Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər bu ilin yanvar-iyun aylarında 110,2 mln. ton yük və 952,6 mln. sərnişin daşıyıb.
İnfrastruktur
14 İyul , 2018 11:02
Azərbaycanda yüklərin 64%-i, sərnişinlərin isə 87%-i avtomobillə daşınır

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər bu ilin yanvar-iyun aylarında 110,2 mln. ton yük və 952,6 mln. sərnişin daşıyıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1%, sərnişin daşınması isə 1,5% artıb. Yüklərin 63,9%-i avtomobil, 26,0%-i boru kəməri, 6,1%-i dəmir yolu, 3,9%-i dəniz, 0,1%-i hava nəqliyyatı ilə, sərnişinlərin isə 87,3%-i avtomobil, 12,4%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb. 

Son xəbərlər

Orphus sistemi