Yuxarı

Azərbaycanda yük daşınması yenidən azalıb

Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatındakı azalmalarla bağlıdır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-avqust aylarında 147,0 mln. ton yük və 1 234,2 mln. sərnişin daşınıb. 

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,2% azalıb, sərnişin daşınması isə 1,9% artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəmərləri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. 

Yüklərin 64,0%-i avtomobil, 27,1%-i boru kəməri, 6,4%-i dəmir yolu, 2,4%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,4%-i avtomobil, 11,4%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi