Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda yaşayış tikintisi 1% bahalaşıb

    Bu ilin I rübündə sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8% artım müşahidə olunub

    Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanda bu ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8% bahalaşıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib. Rüb ərzində yerüstü tikililər bölməsində 0,9%, yol və körpü tikintisində isə 0,1% bahalaşma müşahidə edilib.

    Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9%, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8% artıb.

    Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9% bahalaşıb.

    İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8% artım müşahidə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi