Yuxarı

Azərbaycanda yanvarda yükdaşıma və sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb

MDB ölkələri üzrə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7% və 32,6% ucuzlaşma müşahidə olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda 2014-cü ilin dekabrına nisbətən həm yükdaşıma tarifləri, həm də sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3%, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7% və 32,6% ucuzlaşma müşahidə olunub.

Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6% ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi