Azərbaycanda torpaqların icarə müddəti artırılıb

Azərbaycanda torpaqların icarə müddəti artırılıb Milli Məclisin plenar iclasında Meşə Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb
İnfrastruktur
14 Fevral , 2017 16:18
Azərbaycanda torpaqların icarə müddəti artırılıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda torpaqların icarə müddəti 5 dəfə uzadılıb.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən 1 ildən 49 ilədək uzadılır.

İndiyədək bu müddət 10 ilə qədər olub.

Qeyd olunub ki, qanuna edilən dəyişiklik meşə fondu torpaqlarından səmərəli istifadəyə imkan yaradacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi