Azərbaycanda taksi ilə sərnişin daşımalarına buraxılan sürücülərin yaş həddi artırılıb

Azərbaycanda taksi ilə sərnişin daşımalarına buraxılan sürücülərin yaş həddi artırılıb Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişik edib
İnfrastruktur
3 Aprel , 2016 01:31
Azərbaycanda taksi ilə sərnişin daşımalarına buraxılan sürücülərin yaş həddi artırılıb

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişik edib.

“Report”un xəbərinə görə, dəyişiklik sərnişin avtonəqliyyat vasitələrinin sürücülərinə aid tələblərlə bağlıdır.
Belə ki, indiyədək taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan sürücülər buraxılırdı.

Dəyişikliklə, sərnişin daşımalarına yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılacaq.

Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçəcəklər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək. Xüsusi hazırlıq Nəqliyyat Nazirliyi tərəfindən təşkil edilir və keçiriləcək.

Son xəbərlər

Orphus sistemi