Azərbaycanda sərnişin və yük daşımaları ilə bağlı xüsusi proqram hazırlanıb

Azərbaycanda sərnişin və yük daşımaları ilə bağlı xüsusi proqram hazırlanıb Bakı. 7 iyun. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərnişin və yük daşımaları ilə bağlı xüsusi proqram hazırlayıb . Proqram bu il keçiriləcək 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi çərçivəsində təqdim ediləcək.
İnfrastruktur
7 İyun , 2018 13:16
Azərbaycanda sərnişin və yük daşımaları ilə bağlı xüsusi proqram hazırlanıb
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərnişin və yük daşımaları ilə bağlı xüsusi proqram hazırlayıb . Proqram bu il keçiriləcək 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi çərçivəsində təqdim ediləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, vəziyyətin yaxşılaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təhlillər aparılıb:"Proqramda həmçinin, yükdaşımalara icazələrin verilməsinin təkmilləşdirilməsi də öz əksini tapıb. Yükdaşıyıcıların bu sahədə fəaliyyətə başlamasına dair icazələrin verilməsi məsələsi də proqramda yer alıb. Proqram sərnişin və yükdaşımasına müsbət təsir edəcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hazırladığı proqram bir neçə ili əhatə edən uzunmüddətli layihədir. Bütün bunlar ölkədə mövcud olan infrastrukturdan istifadə etməklə onun daha da yaxşılaşdırılmasın kömək edəcək".

Nazir müavini əlavə edib, nəqliyyatda ən müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də məqsədli iş aparılır:"Bu, nəqliyyat sahəsi üçün yenilikdir. Müasir texnologiyaların nəqliyyat sahəsində tətbiqi günümüzün tələbidir".

Son xəbərlər

Orphus sistemi