Azərbaycanda sementin istehsal həcmi 45% artıb

Azərbaycanda sementin istehsal həcmi 45% artıb Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulun ümumi dəyəri illik müqayisədə 6,8% artaraq 36,8 mln. manat təşkil edib.
İnfrastruktur
19 Fevral , 2019 15:45
Azərbaycanda sementin istehsal həcmi 45% artıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulun ümumi dəyəri illik müqayisədə 6,8% artaraq 36,8 mln. manat təşkil edib. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ay ərzində ölkədə 252,5 min ton sement istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 45,3% çoxdur.

Bundan başqa, hesabat dövründə 4,9 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 68,3% çoxdur. 

Son 1 ildə tikinti kərpicinin istehsal həcmi isə 47,9% artaraq 33,3 min kubmetr, tikinti gipsinin istehsal həcmi 60,3% azalaraq 0,4 min ton, tikinti əhənginin istehsal həcmi isə 7,6% azalaraq 2 770,1 ton təşkil edib.

İlin ilk ayında sementdən, süni daşdan və yaxud betondan tikinti blokları və kərpiclərinin istehsal həcmi 10,5 ton olub ki, bu da illik müqayisədə 20,5% çoxdur. Betondan yığma tikinti konstruksiyalarının istehsal həcmi 61,2% azalaraq 3,3 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsal həcmi isə 42,4% artaraq 795,7 ton təşkil edib. 

Son xəbərlər

Orphus sistemi