Şəhər və qəsəbə yaşayış məntəqələrinin müfəssəl planının məcburi tətbiqi müddəti daha bir il uzadılır

Şəhər və qəsəbə yaşayış məntəqələrinin müfəssəl planının məcburi tətbiqi müddəti daha bir il uzadılır Müfəssəl planın məcburi tətbiqi 2018-ci ildən başlayacaq
İnfrastruktur
22 Dekabr , 2016 14:28
Şəhər və qəsəbə yaşayış məntəqələrinin müfəssəl planının məcburi tətbiqi müddəti daha bir il uzadılır

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir. Bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddəti daha bir il uzadılması zərurəti yaranıb.

"Report"un xəbərinə görə, bu, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanununa təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanununun tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair tələbin Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixindən 5 il sonra tətbiq edilməsi nəzərdə tutulub. Əvvəlcə bu müddət 4 il idi. Başqa sözlə, şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının məcburi tətbiqi 2018-ci il yanvarın 1-dən olacaq.

Layihə Milli Məclisin dekabrın 30-da keçiriləcək sonuncu-bağlanış plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi